FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Yarat" rəsm və yaradıcılıq qalereyasına ekskursiya

26.12.2019

    24 dekabr 2019-cu il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə fəaliyyət göstərən Ekoklubun üzvləri olan şagirdlərimiz asudə vaxtın səmərəli təşkili çərçivəsində “Yarat” rəsm və yaradıcılıq qalereyasına ekskursiya etdilər. Ekskursiyanı şagirdlər üçün daha da maraqlı etmək üçün onları hər biri 1 bələdçi və 6 nəfərdən ibarət 3 komandaya böldülər. Hər bir komandaya sonda təqdim edəcəkləri hekayənin mətnini tapmaq üçün içərisində açar sözlər, onlara uyğun əşyalar və şəkillər olan papkalar verildi. Şagirdlər bu köməkçi vasitələrin köməyi ilə otaqlarda gizlədilmiş zərfləri tapmalı və içərisindəki hekayəni təqdim etməli idilər. Şagirdlər bu tapşırıqları yerinə yetirərkən qalereyanın bütün guşələrini gəzib, oradakı rəsmlərlə tanış oldular.

  Qeyd edək ki, bu ekskursiya Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilmişdir.