FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyin informatika müəllimi Fəridə Abbasova Beynəlxalq STEM Təhsil Konfransında maraqlı məqalə ilə çıxış etmişdir

26.12.2019

13-14 iyun 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində Beynəlxalq STEM Təhsil Konfransı keçirilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə qabaqcıl təcrübələrin öyrənilməsi məqsədi ilə 6 nəfər müəllimdən ibarət heyət bu konfransa qatılmışdır. Konfransda Fizika, riyaziyyat və informatika təmayüllü liseyin informatika müəllimi Fəridə Abbasova “STEM və onun konseptual çərçivəsi” mövzusunda məqalə ilə çıxış etmiş və xüsusi “Sertifikat”la təltif olunmuşdur.

Qeyd edək ki, həmin məqalə 20 dekabr 2019-cu il tarixində “Uluslararası STEM Öğretmenler Konferansı"-nın Tam Metin Bildiriler Kitabı”ında çap edilmişdir 

(kitaba https://cutt.ly/prwOdyW linki vasitəsilə baxa bilərsiniz). Eyni zamanda, Fəridə Abbasova STEM PD layihəsinin Azərbaycandakı səfiri adına da layiq görülmüşdür.

Avropa STEM PD Mərkəzi Şəbəkəsinin və Türkiyə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu konfransın məqsədi  müəllimlərin peşə inkişafına (PD) investisiya qoymaqla, məktəblərdə gündən-günə STEM təhsilini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır.

Konfrans STEM təhsilinə aid məsələləri müzakirə etmək üçün dünyanın 33 ölkəsindən gələn müəllimlər, tədqiqatçılar, təcrübəçilər və digər maraqlı tərəfləri bir araya gətirmişdir.

Lisey kollektivi olaraq, Fəridə müəllimi təbrik edir, ona can sağlığı və yeni-yeni uğurlar arzulayırıq!