FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Şagirdlərin fərdi inkişaf dinamikası" adlı layihənin icra vəziyyətinin müzakirəsi

09.01.2020

   08.01.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VII siniflərinin rəhbərləri (Aynurə Əfəndiyeva, Səbinə Hadıyeva, Gülşən Şalıyeva, Gültən Ədilova) ilə görüş keçirildi. Görüşdə VII siniflərdə tətbiq olunan “Şagirdlərin fərdi inkişaf dinamikası” adlı layihənin icra vəziyyəti müzakirə edildi. Həmin sinfin şagirdlərinin bu tarixə qədər keçirilmiş KSQ qiymətlərini və müəllimlərin onlar haqqında yazdıqları rəyləri nəzərdən keçirən direktor müavinləri (Elçin Məmmədov, Şəhla Qurbanova) sinifdə hansı problemlərin olduğunu, şagird-şagird, müəllim-şagird münasibətlərinin necə tənzimləndiyini soruşdular.

 7ç sinfinin rəhbəri Gültən Ədilova müzakirə əsnasında bildirdi ki, sinifdə bir nəfər şagird yoldaşları ilə münasibət qurmaqda çətinlik çəkir. Onun davranışı sinif yoldaşlarında müəyyən narazılıq doğurur. Şagirdlə aparılan söhbət zamanı məlum oldu ki, o, daim diqqət mərkəzində olmaqdan ötrü bu cür davranır. Sinif rəhbəri bildirdi ki, şagirdi hər an diqqətdə saxlayır.

   Sonda sinif rəhbərlərinin  “Şagirdlərin fərdi inkişaf dinamikası” adlı layihənin bir hissəsinin I yarımilin sonunda tamamlanmış şəkildə təhvil verməli olduqları diqqətlərinə çatdırıldı.