FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz ADA Universitetində dərsdənkənar bacarıqları təkmilləşdirməyi hədəfləyən Fərdi İnkişaf Proqramı adlı təlimlərə qatılıb

13.01.2020

10.01.2020-ci il tarixindən etibarən ADA Universitetində təşkil ediləcək və X-XI sinif şagirdləri üçün nəzərdə tutulmuş dərsdənkənar bacarıqları təkmilləşdirməyi hədəfləyən Fərdi İnkişaf Proqramı çərçivəsində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdləri (Babayeva Fatimə Vaqif qızı, Əliyev Zakir Ağamehdi oğlu, İbrahimxəlilov Yaşar Təmraz oğlu, Məmmədov Paşa Qabil oğlu, Şirinov Nəbi Namiq oğlu) qeydiyyatdan uğurla keçərək, proqramda iştirak etmək hüququ qazanmışlar.

Qeyd edək ki, şagirdlərin bu təlimə hazırlanmasına liseyin informatika müəllimi Abbasova Fəridə rəhbərlik edir.

Fərdi İnkişaf Proqramı həftədə 1 dəfə olmaqla 4 həftə davam edəcək. Seminarları uğurla bitirən iştirakçılar sertifikatla təltif olunacaqlar.

Şagirdlərimizə uğurlar arzulayırıq!