FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

XVI Beynəlxalq Jautikov Olimpiadasının qalibləri

15.01.2020

8-15 yanvar 2020-ci il tarixində Qazaxıstanın Almatı şəhərində XVI Beynəlxalq Jautikov Olimpiadası keçirilmişdir. Ölkəmizi təmsil edən komandanın əsas heyəti Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən təşkil olunmuşdur. Olimpiadada 20-dən çox ölkədən ümumilikdə 588 nəfər şagird iştirak edirdi. Şagirdlərimiz bu bilik yarışında üç fənn üzrə uğurla iştirak edərək, aşağıdakı nəticələri əldə ediblər:

İnformatika fənni üzrə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin

11-ci sinif şagirdləri: Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş medal qazanıb. 

Riyaziyyat fənni üzrə 11-ci sinif şagirdləri: Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov isə bürünc medal qazanıb.

Fizika fənni üzrə 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

Bütövlükdə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 6 medal qazanıblar.

Qeyd edək ki, Liseyimizin 11c sinif şagirdi Abutalıb Namazovun qazandığı qızıl medal Azərbaycan tarixində informatika fənni üzrə  ilk beynəlxalq statuslu qızıl medaldır.

Şagirdlərimizi, onların valideynlərini və liseyin bütün kollektivini təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!