FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

XVI Beynəlxalq Jautikov Olimpiadasının qalibləri Vətənə dönüblər

15.01.2020

       Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Beynəlxalq Jautikov Olimpiadasının qalibləri 15 yanvar 2020-ci il tarixində Vətənə dönüblər. Olimpiada qaliblərini Təhsil Nazirliyinin İstedadlı Uşaqlarla İş şöbəsinin müdiri Fuad Qarayev, həmin şöbənin aparıcı mütəxəssisi Qorxmaz Mustafayev, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin direktor müavinləri – Şəhla Qurbanova, Valeh Bəyalıyev və həmin liseyin müəllimləri – Valid Məhərrəmov, Şəmsi Səfərov, Asəf Daşdəmirov, Südabə Kərimova, Xəyalə Mədətli, Nərmin Hüseyzadə, İlahə Baxşıyeva, IXc sinif şagirdləri – Cəfərzadə Amin, Abbasov Nəriman hərarətlə qarşıladılar.

   Xatırladaq ki, şagirdlərimiz bu bilik yarışında üç fənn (fizika, riyaziyyat, informatika) üzrə uğurla iştirak edərək, 1 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla, ümumilikdə 6 medal qazanıblar.

Onları bir daha təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!