XƏBƏRLƏR

BSQ1 – VII sinif
16.01.2020
08 və 13 yanvar 2020-ci il tarixlərində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII sinif şagirdləri üçün mərhələli şəkildə BSQ1 imtahanları keçirildi. Böyük summativ qiymətləndirmə 08.01.2020-ci il tarixində Fizika, Kİmya, İngilis dili, 13.01.2020-ci il tarixində isə Azərbaycan dili, Riyaziyyat və Coğrafiya fənləri üzrə təşkil edilmişdir.
İmtahanların nəticələri növbəti həftə ərzində şagirdlərin diqqətinə çatdırılacaq.