XƏBƏRLƏR

Psixoloji məsləhət və psixoloji oyunlar
16.01.2020
16.01.2020-ci il tarixində liseyin VIIb sinif şagirdləri ilə dəyirmi masa keçirildi. Dəyirmi masa ətrafında psixoloji məsləhət və psixoloji oyunlar da təşkil edildi.
Liseyə yeni qəbul olunmuş şagirdlər arasında I yarımilin əvvəlində psixoloji test keçirilmişdir. Bu tədbirdə isə həmin şagirdlərin lisey mühitinə uyğunlaşma səviyyəsi yenidən ölçüldü və əvvəlki vəziyyətlə müqayisə edildi. Müəyyən olundu ki, yeni qəbul olunmuş şagirdlər artıq lisey mühitinə adaptasiya olunmuşlar və burda təhsil almaqdan məmnundurlar.