FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Tədris işləri üzrə direktor müavini Elçin Məmmədov "Nəsimi ili"ndə fəal iştirakına görə AMEA-nın "Fəxri Fərman"ı ilə təltif edilmişdir

17.01.2020

  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Tədris işləri üzrə direktor müavini Elçin Məhəmməd oğlu Məmmədov AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin Elmi şurasının 10.01.2020-ci il tarixli (protokol №1) qərarı ilə “Nəsimi ili”ndə fəal iştirakına görə “Fəxri Fərman”la təltif edilmişdir.

 13 yanvar 2020-ci il tarixində keçirilmiş “Nəsimi ili”nin yekunlarına həsr olunmuş Elmi Sessiyada AMEA-nın I vitse-prezidenti Humanitar və İctimai Elmlər Bölməsinin sədri, akademik İsa Həbibbəyli Fəxri Fərmanı Elçin müəllimə təqdim etmişdir.

  Xatırladaq ki, Elçin Məhəmməd oğlu Məmmədov “Nəsimi ili” çərçivəsində 1 Elmi Sessiyada, 2 Respublika statuslu konfransda Nəsiminin əsərlərinin dilinə həsr olunmuş məruzələrlə çıxış etmiş, “İmadəddin Nəsiminin leksikası oğuz dilləri kontekstində” adlı monoqrafiya çap etdirmişdir. Onun bu monoqrafiyası haqqında “Elm və Təhsil” qəzetinin 30 noyabr 2019-cu il tarixli 63-cü sayında yazı dərs olunmuşdur.

    Elçin müəllimi təbrik edir, ona can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!