FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Təhsil naziri olimpiada qalibləri ilə görüşüb

21.01.2020

17 yanvar 2020-ci il tarixində Təhsil naziri Ceyhun Bayramov yeniyetmələrin XVI Beynəlxalq Elm və XVI Beynəlxalq Jautikov Olimpiadasında qalib olmuş məktəblilərlə görüşüb. Bu görüşdə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qalib olmuş şagirdləri də (Abutalıb Namazov, Murad Ağazadə, Abbas Məmmədov, Murad Eynizadə, Məhəmməd Yusifov, Toğrul Abbasov) iştirak ediblər.

Görüşdə Təhsil naziri Ceyhun Bayramov olimpiada qaliblərini təbrik edib və onlara yeni-yeni uğurlar arzulayıb. Daha sonra Nazir məktəblilərə öz tövsiyələrini verib, onlara yeni-yeni nailiyyətlər diləyib.

Görüşün sonunda olimpiada qaliblərinə hədiyyələr təqdim edilib və xatirə fotosu çəkdirilib.

Qeyd edək ki, bütövlükdə, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri bu olimpiadada 1 qızıl, 3 gümüş və 2 bürünc medal olmaqla, ümumilikdə 6 medal qazanıblar.

Şagirdlərimizi bir daha təbrik edirik!