FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Dama" yarışı

23.01.2020

22 yanvar 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan VII və VIII sinif şagirdləri arasında UBR-in (Hüseynzadə Nərmin) və idman muəllimlərinin (Mehrəliyeva Elmira, Məmmədov İlqar, Mirzəhmədov Veysəl) təşəbbüsü ilə “Dama” yarışı keçirildi.

 Yarış 3 mərhələdən ibarət idi. I yerin qalibi VIIIç sinif şagirdi Vəliyev Amal, II yerin qalibi VIIIa sinif şagirdi Rüstəmov Səid, III yerin qalibi isə VIIIç sinif şagirdi Mirzəyeva Jalə oldu.

Hər 3 yerin qalibi I, II, III dərəcəli diplomla təltif olundu. I yerin qalibinə əlavə olaraq, hədiyyə təqdim olundu.