XƏBƏRLƏR

VIIa və VIIç sinif şagirdləri "Ümid" kimsəsizlər evini ziyarət etdilər
04.02.2020
02.02.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Uşaq Birliyinin Rəhbəri Nərmin Hüseynzadənin, sinif rəhbərləri - Gültən Ədilovanın və Aynurə Əfəndiyevanın təşəbbüsü ilə liseyin VIIa və VIIç sinif şagirdləri, valideynləri ilə birgə “Ümid” kimsəsizlər evini ziyarət etdilər.
Bir ay ərzində elan edilmiş yardım aksiyası nəticəsində toplanan vəsaitlər uşaqlara təqdim edildi. Daha sonra uşaqlarla maarifləndirici söhbət aparıldı və onlara sağlam həyat tərzi haqqında vəsaitlər paylanıldı.