FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Heydər Əliyev Mərkəzinə ekskursiya

05.02.2020

  04.02.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin Xç, Xd sinif şagirdləri Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya etdilər. Şagirdlər Mərkəzin “Muzey”, “Kitabxana və informasiya texnologiyaları” bölmələrində toplanmış eksponatlarla, Ulu Öndərin mühüm görüşlərini özündə əks etdirən fotoşəkil və kitablarla tanış edildilər.

  Mərkəzin bələdçisi şagirdlərə H. Əliyevin çox sevdiyi “İlandağ” tablosunu nümayiş etdirdi, onun uşaqlığı, gəncliyi haqqında təsvirləri əhatə edən şəkillərlə tanış etdi.

  Daha sonra şagirdlərə Ulu Öndər H. Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verildi.