FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz Olimpiadada

07.05.2016

 Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseydə fizika fənnindən olimpiada keçirilib. Olimpiada Yasamal rayonu üzrə bütün ümumtəhsil məktəblərinin X sinifləri arasında təşkil olunub. Məktəblilərdə elmə maraq yaratmaq məqsədilə təşkil olunmuş olimpiadanin sualları İnstitutun pedaqoji təcrübəsi olan alimləri tərəfindən hazırlanıb. Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.Seçilmiş iştirakçılar isə həvəsləndirici diplomlara layiq görüləcəklər.