
Şagirdlərimiz Fərdi İnkişaf Proqramını uğurla başa vurublar
07.02.2020
Xatırladırıq ki, 10.01.2020-ci il tarixindən etibarən ADA Universitetində təşkil edilmiş dərsdənkənar bacarıqları təkmilləşdirməyi hədəfləyən X və XI sinif şagirdləri üçün nəzərdə tutulmuş Fərdi İnkişaf Proqramı çərçivəsində Fizika Riyaziyyat və İnformatika təmayüllü Respublika liseyinin 10-cu sinif şagirdləri qeydiyyatdan uğurla keçərək, proqramda iştirak etmək hüququ qazanmışlar. Həftədə 1 dəfə olmaqla 4 həftə davam etmiş Fərdi İnkişaf Proqramını şagirdlərimiz uğurla başa vuraraq, 31.01.2020-ci il tarixində xüsusi sertifikatlarla təltif olunmuşlar. Sertifikatla təltif edilmiş lisey şagirdləri aşağıdakılardır:
Babayeva Fatimə Vaqif qızı
Əliyev Zakir Ağamehdi oğlu
İbrahimxəlilov Yaşar Təmraz oğlu
Məmmədov Paşa Qabil oğlu
Şirinov Nəbi Namiq oğlu
Şagirdlərimizi təbrik edir, onlara yeni-yeni uğurlar arzulayırıq!