FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdimiz Murad Ağazadə Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür

12.02.2020

 11 fevral 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci il Gənclər üçün Prezident mükafatının verilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bir qrup gənc Prezident mükafatına layiq görülüblər. Mükafata layiq görülənlər arasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Ağazadə Murad Firdovsi oğlunun da adı var.

 Xatırladırıq ki, Ağazadə Murad Firdovsi oğlu Riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadalarında 5 qızıl, Beynəlxalq Fənn Olimpiadalarında 5 gümüş və 6 bürünc olmaqla 16 medal qazanmışdır.

 Muradı, onun valideynlərini və müəllimlərini Liseyin kollektivi adından təbrik edir, ona can sağlığı və gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq!