XƏBƏRLƏR

"Save The Planet" (Planeti xilas edək) mövzusunda təqdimat – 7ç sinfi
13.02.2020
11.02.2020 tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 7ç sinif şagirdləri İngilis dili dərsində müəllim Nigar Novruzovanın rəhbərliyi ilə “Save The Planet” (Planeti xilas edək) mövzusunda təqdimat hazırladılar.
Şagirdlər öz təqdimatlarında planetin təhlükədə olduğunu göstərən şəkillər, yazılar əks etdirdilər və bununla bağlı insanları ayıq olmağa, tədbir görməyə çağırış etdilər. Dərs prosesi komanda şəklində mövzunun müzakirəsi ilə davam etdi.
Şagirdlər gələcəkdə bu problemin həllinə yönəli tədbirlərə könüllü olaraq, qoşulmağa hazır olduqlarını bildirdilər.