FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarpla görüş

13.02.2020

31 yanvar 2020-ci il tarixində Böyük Britanıyanın Azərbaycandakı səfirinin iqamətgahında bölgələrdən və Bakı səhər məktəblərindən dəvət olunmuş bir qrup ingilis dili müəllimləri ilə görüş kecirilib.

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin ingilis dili müəllimlərindən İradə Yahyayeva, Günel Sadıqova və Ağahüseyn Məmmədov də bu görüşdə iştirak ediblər.

Görüşdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp qonaqları salamlayıb. Müəllimlər "British Council"ın ingilis dili mərkəzləri (Learnıng Hubs) və müəllim fəaliyyət qrupları (TAG) kimi layihələrdəki işləri haqda fikir mübadiləsi edərək, iş təcrübələrindən danışıblar.

Səfir müəllimlərə işlərində ugurlar arzilayıb və onlarla xatirə şəkli cəkdirib.