
VIIa sinfində Coğrafiya dərsində "Havanın rütubətliliyi" adlı mövzunun tədrisi
14.02.2020
14 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIa sinfində müəllim Sülhiyyə Hacıyevanın rəhbərliyi ilə coğrafiya dərsi keçirildi. Dərsdə müəllimin müdaxiləsi olmadan şagirdlərin bir qismi bələdçi, əksəriyyəti isə dinləyici rolunda “Havanın rütubətliliyi” adlı mövzunu öyrənməyə çalışdılar.
Əvvəlcə bələdçi-müəllim rolunda çıxış edən şagirdlər: Məhəmməd Quluzadə, Tərişli Nİhad təlim prosesini idarə etdilər.
Şagirdlər komanda şəklində növbə ilə hazırladıqları təqdimatları nümayiş etdilər. Qeyd edək ki, şagirdlər üç komandaya bölünmüşdülər: “Şahdağ”, “Bazardüzü”, “Qapıcıq” komandaları verilən sualları müəyyən vaxt ərzində cavablandırmağa çalışdılar.
Dərs prosesində müəllim sadəcə şagirdlərə müəyyən istiqamətlər verdi.
Sonda əldə olunan məlumatlar müzakirə edildi, şagirdlərin biliyi qiymətləndirildi.