FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8c sinfinin şagirdləri üçün psixoloji saat

19.02.2020

18 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan 8c sinfinin şagirdləri üçün psixoloji saat təşkil olundu. Fənn müəllimlərinin müəyyən narazılıqları və məktəb rəhbərliyinin tapşırığına əsasən keçirilən bu tədbirdə dərslərdə və tənəffüslərdə şagirdlərin lisey mühitinə uyğun olmayan bəzi davranışları müzakirə olundu, uşaqların psixoloji durumunu yoxlamaq üçün test edildi, onlarda olan gərginliyin azaldılmasına yönəli fəaliyyətlər tətbiq olundu. Tədbir UBR Nərmin Hüseynzadənin təşəbbüsü ilə keçirildi.