XƏBƏRLƏR

Koronavirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya maarifləndirmə işi
19.02.2020
Təhsil Nazirliyinin təsdiq etdiyi (05.02.2020, № F-75) “Tədbirlər Planı”nın “1-ci - Əhali arasında koronavirus xəstəliyinin profilaktikası məqsədilə sanitariya maarifləndirmə işinin həyata keçirilməsi” tədbiri üzrə fəaliyyətlərin görülməsi və həyata keçirilmiş tədbirlər çərçivəsində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan şagirdlər arasında maarifləndirici tədbir keçirildi.
Əvvəlcə liseyin 7ç sinfinin şagirdi Allahverdiyev Emil koronavirus xəstəliyi ilə bağlı hazırladığı slaydları təqdim etdi. Burada xəstəliyin tarixi, onun əlamətləri, qorunmaq yolları barədə ətraflı məlumat verildi. Tədbirdə 7-ci sinif şagirdləri və onların rəhbərləri iştirak edirdilər.