
"Şagirdlərin Fərdi İnkişaf Dinamikası" adlı layihənin ikinci yarımil mərhələsinə başlanıldı
20.02.2020
19 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə VII sinfin rəhbərlərinin iştirakı ilə “Şagirdlərin Fərdi İnkişaf Dinamikası” adlı layıhənin 1-ci yarımil üçün yerinə yetirilməsi vəziyyətini yoxlamaq məqsədilə iclas keçirildi. İclasda direktor müavinləri: Elçin Məmmədov və Şəhla Qurbanova iştirak edirdilər.
VII sinfin rəhbərləri (Aynurə Əfəndiyeva, Səbinə Hadıyeva, Gülşən Şalıyeva, Gültən Ədilova) bildirdilər ki, Fərdi İnkişaf Dinamikası ilə bağlı I yarımildə nəzərdə tutulmuş işlərin çox hissəsi yekunlaşıb. Artıq həmin layihənin ikinci yarımil üçün nəzərdə tutlmuş hissəsinə başlanılıb.
Direktor müavinləri I yarımildə vərəqlərdə aparılmış qeydləri nəzərdən keçirdilər və çatışmazlıqların tez bir zamanda aradan qaldırılmasını tələb etdilər.
“Şagirdlərin Fərdi İnkişaf Dinamikası” adlı layihə ilə bağlı ikinci yarımildə görüləcək işlər müəyyən edildi.