FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Antarktida – bioloji ehtiyatlarla zəif təmin olunmuş materik" mövzusunda dərs

24.02.2020

     21 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə müəllim Sülhiyyə Hacıyevanın rəhbərliyi və 9ç sinif şagirdlərinin iştirakı ilə coğrafiya fənnindən “Antarktida – bioloji ehtiyatlarla zəif təmin olunmuş materik” mövzusunda təqdimat-dərs keçirildi.

   Müəllim sinfi 3 qrupa böldü və hər birinə özündə 5 sualı əhatə edən iş vərəqələri payladı. Dərsin özəlliyi o idi ki, sinfə müəllimin müdaxiləsi minimuma endirildi və bütün prosesə şagirdlər özləri nəzarət etdilər. Belə ki, slaydları Hacızadə Cavidan, qruplara paylanmış sualları Məhərrəmova Nəzrin, Hacızadə Cavidan, Qarayeva Dürdanə hazırlamışdılar. Sinfə nəzarət isə Qasımli Ünsala tapşırılmışdı.

    Dərsin sonunda qrupların cavablarına görə reytinq cədvəli quruldu və I qrup birinci, III qrup ikinci, II qrup isə üçüncü yerdə qərar tutdu.