XƏBƏRLƏR

Xocalı soyqırımına həsr olunmuş "Qarabağın səsi" adlı tədbir
24.02.2020
24.02.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyde UBR Hüseynzadə Nərminin təşəbbusu ilə Xocalı soyqırımına həsr olunmuş “Qarabağın səsi” adlı tədbir keçirildi.
Tədbir soyqırımda qətlə yetirilmiş şəxslərin ruhuna bir dəqiqəlik sükutla başladı. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Şagirdlər Xocalı faciəsinin dəhşətlərini əks etdirən müxtəlif səhnələr nümayiş etdirdilər.
Şagirdlərin bir qrupu isə Xocalıya həsr olunmuş şeirlər dedilər və işğal olunmuş torpaqlar haqqında musiqili kompazisiya ifa etdilər.
Tədbirin sonunda tərbiyə işləri üzrə direktor müavini Valeh Bəyalıyev çıxış edərək, şagirdləri tariximizi unutmamağa, ayıq-sayıq olmağa çağırdı.