FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Nakomaniya ümumbəşəri bəladır" mövzusunda maarifləndirici seminar

25.02.2020

25.02.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Yasamal rayon Polis İdarəsinin təşəbbüsü və X sinif şagirdlərinin iştirakı ilə “Nakomaniya ümumbəşəri bəladır” mövzusunda maarifləndirici seminar keçirildi

Seminarda Yasamal rayon Polis İdarəsi rəisinin Şəxsi Heyətlə İş üzrə köməkçisi polis polkovniki Orxan Mansurzadə, Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis mayoru Nəbi Nəcəfov və Yasamal Rayon Polis İdarəsinin digər əməkdaşları iştirak edirdilər.

Tədbirdə çıxış edən idarə əməkdaşları narkomaniyanın insan həyatına gətirdiyi bəlaları həyatdan gətirilmiş nümunələrlə şagirdlərə çatdırdılar. Daha sonra bu bəladan qorunmaq yolları, şübhəli hallarla qarşılaşarkən nə etmək lazım olduğu barədə söhbət aparıldı.

Tədbirin sonunda polis idarəsinin əməkdaşları şagirdlərin suallarına cavab verdilər.