FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Valideyn iclası – 7b

26.02.2020

     25 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə təhsil alan 7b sinfinin valideyləri ilə iclas keçirildi. İclasda 25 nəfər valideyn iştitrak edirdi. Sinif rəhbəri Səbinə Hadıyeva şagirdlərin I yarımil qiymətləri haqqında məlumat verdi. Daha sonra həmin sinifdə dərs deyən ayrı-ayrı fənn müəllimləri şagirdlərin təlim nəticələri barədə danışdılar.

   İclasda çıxış edən valideynlərdən bəziləri (Əsədova Samirə, Qaçabəyova Aygün, Əhmədova Xoşbəxt) şagirdlərin sinif otaqlarını hər dərsdə dəyişməsindən narazılıq etdilər.

 Sonda valideylər “Şagirdlərin Fərdi İnkişaf Dinamikası” layıhəsi çərçivəsində görülmüş işlərlə tanış edildi, həmin vərəqələrdə qeydlər etmələri tapşırıldı.