FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Metodbirləşmə rəhbərləri və qiymətləndirmə vasitələri hazırlayan müəllimlərlə görüş

27.02.2020

 26 fevral 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseydə metodbirləşmə rəhbərləri və qiymətləndirmə vasitələri hazırlayan müəllimlərlə görüş keçrildi. Görüşdə aşağıdakı mövzularda müzakirələr aparıldı:

 Metodbirləşmələrin fəaliyyətinin yoxlanması və yol verilmiş nöqsanların aradan qaldırılması barədə;

Təhsil Nazirliyi tərəfindən Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydalar”na edilmiş dəyişikliklər barədə   Qiymətləndirmə vasitələrinin hazırlanmasına qoyulan tələblər barədə.

 Görüşdə çıxış edən direktor müavinləri – Elçin Məmmədov və Şəhla Qurbanova yol verilmiş noqsanların tez bir zamanda aradan qaldırılmasını, “Qaydalar”da edilmiş dəyişiklikləri fəaliyyətlərində nəzərə almağı tapşırdılar.

“Qaydalar”da edilmiş dəyişikliklər və diqqətdə saxlanmalı olan bəndlər slaydlar şəklində iştirakçıların diqqətinə çatdırıldı.

İclasda ən çox müzakirə olunan məsələ qiymətləndirmə vasitələrinin hazırlanmasına qoyulan tələblərlə bağlı oldu. Qərara alındı ki, hər bir fənn üzrə Metodbirləşmə üzvləri ilə görüşüb, yekdil qərara gəlinsin.