FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

V Qafqaz Riyaziyyat Olimpiadasının qalibləri

20.03.2020

    Əvvəlcədən məlum olduğu kimi, 13-18 mart 2020-ci il tarixlərində Rusiya Federasiyasının Adıgey şəhərində V Qafqaz Riyaziyyat Olimpiadasının keçirilməsi nəzərdə tutulmuşdur. Lakin koronavirus (Cavid-19) pandemiyası ilə əlaqədar həmin bilik yarışı 14-15 mart 2020-ci il tarixlərində onlayn şəkildə keçirildi. Bakıdan Azərbaycan məktəblilərinin də qatıldığı bu Olimpiadada 15 ölkədən ümumilikdə, 146 (55 senior, 91 junior) şagird iştirak etmişdir.

 Bu bilik yarışında yuxarı yaş qrupunda (senior team) Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11C sinif şagirdləri – Murad Ağazadə və Abbas Məmmədov qızıl; aşağı yaş qrupunda (junior team) IX C sinif şagirdləri – Toğrul Abbasov qızıl, Amin Cəfərzadə isə bürünc medal qazanmışlar.

  Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!