FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Şagirdlərimiz tam təqaüdlə Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi adını qazanmışlar.

26.03.2020

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11C sinfində təhsil alan 4 şagirdi - Ağazadə Murad, Bayramlı Zəhra, Məmmədov Abbas, Yusifov Məhəmməd tam təqaüdlə Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi adını qazanmışlar.

Xatırladaq ki, onlar Azərbaycanda Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzinin aktiv dinləyiciləri olmuş, müxtəlif səviyyələrdə keçirilmiş Respublika və Beynəlxalq statuslu bilik yarışlarında – olimpiadalarda medallar qazanmışlar.

Şagirdlərimizi lisey kollektivi adından təbrik edir, onlara yeni təhsil illərində uğurlar arzulayırıq!