XƏBƏRLƏR

"EVDƏ QAL, DƏRSDƏN QALMA, FRİTL"
28.03.2020
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIIÇ sinif şagirdləri Azərbaycan hökumətinin “Covid-19" virusunun yayılmaması üçün həyata keçirdiyi tədbirlər çərçivəsində elan olunmuş “Biz birlikdə güclüyük Evdə qal, Azərbaycan” şüarına uyğun olaraq, sosial şəbəkələrdə “Evdə qal, dərsdən qalma, FRİTL" adlı çağırışla həmyaşıdlarına səslənib.
Liseyin kollektivi olaraq, bu çağırışla ölkənin bütün məktəblilərinə səslənirik: “Evdə qal, dərsdən qalma, əziz məktəbli".