FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

7a sinfində onlayn dərslər

10.04.2020

  Azərbaycan Hökumətinin həyata keçirdiyi sosial təcrid tədbirləri nəticəsində təhsil müəssisələrində fasilə yaransa da, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 7a sinfində təlim prosesi onlayn şəkildə davam edir.

   Fasilə yaranan ilk gündən 7a sinfinin rəhbəri Aynurə Əfəndiyeva fənn müəllimləri ilə həmin sinfin şagirdlərinin onlayn əlaqələndirilməsini təmin edir və lisey rəhbərliyinə prosesin gedişi haqqında mütəmadi olaraq məlumat verir.

 Hal-hazırda demək olar ki, sinfin bütün şagirdləri bu dərslərə cəlb olunub. Fənn müəllimlərinin müəyyən etdiyi həftəlik cədvəl əsasında təlim prosesi həyata keçirilir.

 Bu çətin prosesdə əziyyət çəkən bütün müəllimlərə lisey rəhbərliyi adından dərin təşəkkürümüzü bildirir, onlara və şagirdlərə uğurlar arzulayırıq!