FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

7b sinfində onlayn dərslər

11.04.2020

Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 7b sinif şagirdləri və həmin sinfə dərs deyən müəllimlər təlim-tədris prosesində yaranmış fasilədə də fəaliyyətlərini davam etdirirlər.

Şagirdlərin və müəllimlərin əlaqələndirilməsi işinə sinif rəhbəri də kömək göstərir, təlim prosesinin gedişi barədə lisey rəhbərliyinə məlumatlar verir.

Liseyin rəhbərliyi adından müəllimlərin bu fədakarlığını yüksək qiymətləndirir və onlara uğurlar arzulayırıq!