FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Ən qədim sivilizasiyaların texnologiyaları

11.05.2016

Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseyin təşkilatçılığı ilə X sinflər üçün “Ən qədim sivilizasiyaların texnologiyaları” adlı təlim təşkil olundu. Təbiət Elmləri İctimai Birliyinin üzvləri tərəfindən keçirilən təlimdə qədim sivilizasiyaların sahib olduğu müxtəlif texnologiyalar, bəşər tarixinin ilk dövrlərində yaşayan insanların sənətkarlıq qabiliyyətləri, astronomiya, tibb elmi sahələrindəki biliklərindən danışılıb. Qobustan qayaüstü təsvirləri və Ağdam ərazisindən tapılmış trepanasiya kəllə sümükləri haqqında ətraflı məlumatlar verilib. Təlim şagirdlər tərəfindən maraqla qarşılandı.

 
 
  •