FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

7c sinfi-onlayn dərslər

12.04.2020

Artıq bir aydan çoxdur ki, virus təhlükəsinin qarşısını almaq üçün Respublikanın bütün təhsil müəssisələrində təlim prosesində fasilə yaranıb. Amma ilk gündən Fizika, riyaziyyat və informatika təmayüllü liseyin müəllim və şagirdləri təlim prosesini distant şəkildə olsa da, davam etdirməkdədirlər. Bu prosesdə 7c sinfi xüsusilə seçilir. 7c sinfində təlim prosesini onlayn davam etdirmək üçün sinif rəhbəri - Gülşən Şalıyeva şagirdlərlə fənn müəllimlərinin rahat əlaqə saxlamasında öz köməyini əsirgəmir və sinifdə onlayn dərslərin gedişi barədə lisey rəhbərliyinə mütəmadi məlumatlar verir.

Liseyin rəhbərliyi bu gərgin günlərdə fədakarlıq göstərən bütün müəllimlərə dərin təşəkkürünü bildirir, onlara can sağlığı və işlərində uğurlar arzulayır.