FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

8ç sinfi – onlayn dərslər

15.04.2020

Ölkədə “Covid-19"-la əlaqədar xüsusi karantin rejimi davam edir. Buna baxmayaraq, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin digər siniflərində olduğu kimi, 8ç sinfində də məsafədən də olsa, təlim prosesi dayanmayıb. Sinif rəhbərinin birbaşa köməyi ilə həmin sinifdə dərs deyən fənn müəllimləri ilə şagirdlərin onlayn əlaqələndirilməsi təmin edilmişdir.

Müəllimlərin bir qismi vatsap qruplar vasitəsilə, bir hissəsi isə Zoom proqramı ilə şagirdlərə dərs keçir, tapşırıqlarını verirlər. Bu proses barədə liseyin rəhbərliyi mütəmadi olaraq, məlumatlandırılır.

Məsafədən dərs keçən bütün müəllimlərə təşəkkürümüzü bildirir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!