XƏBƏRLƏR

IX Beynəlxalq Qızlar Riyaziyyat Olimpiadasının (EGMO-9) qalibi - Bayramlı Zəhra Rövşən qızı
21.04.2020
15 – 21 aprel 2020-ci il tarixləri arasında Niderlandın Egmond aan Zee şəhərində dünyanın 53 ölkəsindən (onlardan 39-u Avropa dövlətləri) 205 şagirdin virtual şəkildə qatıldığı IX Beynəlxalq Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilmişdir.
Bu bilik yarışında ölkəmizi 4 nəfərdən ibarət riyaziyyatçı qızlar təmsil etmişdir. Komandanın tərkibindəki 4 qızdan 3-ü yarışmanın bürünc medalına layiq görülmüşdür.
Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11c sinif şagirdi – Bayramlı Zəhra Rövşən qızı da EGMO-9-da medal qazanan qızlar sırasındadır.
Şagirdimizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!