FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

IXd – onlayn dərslər

21.04.2020

  Azərbaycanda koronavirus təhlükəsini minimuma endirmək üçün hökumət bir sıra önləyici tədbirlər görməkdədir. Bu xüsusda tədris müəssisələrində təlim prosesi dayandırılmışdır. Şagird və müəllimlər məktəbə getməsələr də, virtual şəkildə təlim prosesi davam edir.

  Fizika, riyaziyyat və informatika təmayüllü liseyin digər sinifləri kimi IXd sinfində də onlayn dərslər keçilir. Sinifdə dərs aparan müəllimlərin şagirdlərlə əlaqə saxlamasında sinif rəhbəri – Nərmin Hüseyzadə əlindən gələn köməyi edir. Müəllimlər tərəfindən razılaşdırılmış cədvəl əsasında keçilən virtual dərslərin gedişi barədə liseyin rəhbərliyi mütəmadi olaraq, məlumatlandırılır.

 Liseyin rəhbərliyi adından bu karantin günlərində əziyyət çəkən bütün müəllimlərə təşəkkürümüzü bildirir, onlara can sağlığı və işlərində uğurlar arzulayırıq!