FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Virtual əlaçı" - Muradlı Məsud Təyyub oğlu

23.04.2020

15 aprel 2020-ci ii tarixindən Təhsil Nazirliyi şagirdlər arasında rəqabəti artırmaq və öyrənilən biliyi yoxlamaq məqsədilə “Virtual məktəb” portalı üzərindən “Virtual əlaçı” bilik yarışına start verdi.

Yarışmada iştirak etmək üçün portalda “Teams->General” bölməsindən “Testlər” altbölməsinə daxil olmaq və orada yerləşdirilən testlərə cavab vermək lazım gəlir. Hər sinif üçün təqdim edilmiş tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib olur və adları Təhsil Nazirliyi tərəfindən rəsmi şəkildə elan edilir.

 İlk onluğa düşən virtual əlaçılar sırasında Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 7c sinif şagirdi Muradlı Məsud Təyyub oğlu da yer alıb.

Şagirdimizi, onun valideynlərini və müəllimlərini təbrik edir, yeni-yeni uğurlar arzulayırıq!

 Qeyd edək ki, Təhsil Nazirliyindən verilən məlumata görə “Virtual əlaçı” bilik yarışmasının hər həftə təşkili nəzərdə tutulur.