FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Fibonaçı" adlı onlayn intellektual bilik yarışı

21.05.2019

 Koronavirus pandemiyasının tüğyan etdiyi günlərdə Təhsil Nazirliyi 24 aprel 2020-ci il tarixindən başlayaraq, şagirdlər üçün “Fibonaçı” adlı onlayn intellektual bilik yarışı həyata keçirməkdə davam edir. Həmin bilik yarışına Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdlərindən ibarət “Kvant” komandası da qatılıb.

Komandanın tərkibi:

  1. İmaməliyev Aqşin – 7b
  2. Məmmədov Fəzli – 7b
  3. Qarayev Kənan – 8b
  4. Namazova Dərya – 8b
  5. Sadıxov Sadiq – 8b
  6. Balaqadaşov Ağadadaş – 9d (kapitan)
  7. Muradlı Davud – 9d

Komandanın oyunda iştirakını UBR Nərmin Hüseyzadə koordinasiya edir.

Oyun həftədə 1 dəfə beşinci gün keçirilir.

Qeyd edək ki, liseyin “Kvant” komandası 8 oyundan ibarət olan bu bilik yarışının 3 mərhələsini uğurla başa vuraraq, növbəti mərhələdə iştirak hüququ qazanıb. Ümid edirik ki, komandamız yekunda ən yüksək bal toplayaraq, yarışın qalibi olacaq.

Şagirdlərimizə uğurlar arzulayırıq!