FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

9d - onlayn valideyn iclası

25.05.2020

22 may 2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 9d sinfində təhsil alan şagirdlərin valideynləri ilə onlayn görüş (valideyn iclası) keçirildi. İclasda valideynlərlə yanaşı, sinif rəhbəri Nərmin Hüseyzadə, fənn müəllimləri: Sülhiyyə Hacıyeva, Mahirə Hüseynli, Kəmalə Atakişiyeva, Sevda İsmayılova da iştirak edirdi.

Əvvəlcə sinif rəhbəri Təhsil Nazirliyindən gələn təlimata uyğun olaraq, şagirdlərin illik qiymətlərinin yazılması qaydaları haqqında valideynlərə məlumat verdi. Daha sonra həmin sinifdə dərs deyən müəllimlər karantin dövründə bəzi şagirdlərin dərslərə qoşulması vəziyyəti ilə bağlı iradlarını bildirdilər. Valideynlər qalan vaxt ərzində övladlarının təkrar dərslərə davamlı olaraq qoşulmasına maksimum şərait yaradacaqlarına söz verdilər.