FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"AZƏRBAYCANIM" adlı III Respublika Uşaq Rəsm Festivalında III yerin qalibi - Qaçabəyova Həlimə Yaşar qızı

28.05.2020

  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhimdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Naxçıvan Rəssamlar Birliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə rəssamlıq istedadı olan uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq, onlara dogma Vətənə məhəbbət hisslərini aşılamaq məqsədilə “AZƏRBAYCANIM” adlı III Respublika Uşaq Rəsm Festivalına start verilmiş və festival çərçivəsində 30 aprel – 15 may 2020-ci il tarixləri aralığında müsabiqə elan olunmuşdur.

  Müsabiqə pandemiya ilə əlaqədar olaraq, virtual şəkildə keçirilmiş və prosesə Respublikamızın müxtəlif bölgələrindən 800 uşaq, yeniyetmə və gənc 1400-ə qədər rəsm əsəri ilə qatılmış, onların içərisindən 300-ə qədər əsər Xətai Sənət Mərkəzində sərgidə nümayiş olunmaq üçün seçilmişdir.

   Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 7b sinif şagirdi Qaçabəyova Həlimə Yaşar qızı bu müsabiqədə uğur qazanan iştirakçılar sırasında yer almışdır. Belə ki, o, çəkdiyi rəsm əsərləri ilə müsabiqənin 12–17 yaş kateqoriyasına aid namizədləri arasında III mükafata layiq görülmüşdür.

     Şagirdimizi təbrik edir, ona işlərində yeni-yeni uğurlar arzulayırıq!