FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Liseyə sənəd qəbulu başladı.

13.06.2020

 AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
FİZİKA, RİYAZİYYAT və İNFORMATİKA TƏMAYÜLLÜ RESPUBLİKA LİSEYİ

2020-2021-ci dərs ili üçün VII, VIIIIX siniflərə (Azərbaycan bölməsi) şagird qəbulu elan edir.
                                    İmtahan fənləri:
VII sinfə qəbul üçün: Azərbaycan dili, Riyaziyyat, Məntiq;
VIII sinfə qəbul üçün: Azərbaycan dili, Riyaziyyat, Məntiq;
IX sinfə qəbul üçün:  Azərbaycan dili, Riyaziyyat, Fizika.

 Liseyin ünvanı: Bakı ş., Yasamal r., Əhməd Cəmil küçəsi 3
          Liseylə əlaqə telefonları: (012) 510 76 28,  (012) 539 48 44
          Liseyin elektron-poçt ünvanı: fri.lisey@baku.gov.az

Liseyə qəbul imtahanları Təhsil Nazirliyi tərəfindən avqust ayının II yarısında liseyin binasında təşkil ediləcəkdir.
İmtahanların dəqiq tarixi haqda əlavə məlumat avqust ayının I yarısında liseyin saytında veriləcəkdir.
Ehtiyacı olan şagirdlər dövlət hesabına yataqxana və yeməklə təmin edilir.
Liseyə qəbul imtahanlarında iştirak etmək üçün aşağıdakı linkdə qeydiyyatdan keçməyiniz kifayətdir.
İştirakçılar qeydiyyat zamanı yaranan suallara 050 678 72 62 nömrəsinə həftəiçi hər gün (şənbə, bazar istisna olmaqla) saat 09:00-dan 18:00-dək zəng vurmaqla  cavab ala bilərlər.

Qeydiyyat linki: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=YAr8FHAQQkGfMRuUGHqWH_Vr7DJ7QxRGjXt-pPJ16mhUOE1EWFZVSkhUR0tIRFRPOFhGWE9VN0VVNi4u