FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"İnklüziv Təhsil" adlı vebinar

24.06.2020

23.06.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü liseyin UBR-i Hüseynzadə Nərminin təşkilatçılığı ilə “İnklüziv Təhsil” adlı vebinar keçirildi. Vebinarda Liseyin VII və IX sinif şagirdləri və müəllimləri: Əhmədov Məftun, Əfəndiyeva Aynurə, Məsimova Mailə iştirak etdilər.

Təlimçilər: 2017-ci ildə Türkiyənin Ankara şəhərində həyata keçirilən “ENGELLİ KAZANIR, İNSANLIK KAZANIR” adlı layihəsində Avropa könüllülük fəaliyyətinin üzvü, 2018-ci ilin dekabr ayında “Əngəlsiz Düşüncə” Sosial İnkişafa Yardım İctimai Birliyinin yaradıcısı, “Cümhuriyyətin Varisləri-Azərbaycanın gələcəyi” devizi altında Azərbaycan Gənclərinin VIII Formunun iştirakçısı, 2019-cu ildə Türkiyə Aykido Təşkilatı Dərnəyində  əlilliyi olan gənclər arasında “Əngəlsiz Aykido” layihəsinin ideya rəhbəri. 2017-2018-ci illərdə Paralimpiya ailəsinə qoşularaq Boccia idman növünün BC-1 kateqoriyası üzrə I yer Kubokunun qalibi, 2015-ci ildə isə çapdan çıxmış “Kəpənəyin saldığı yol” adlı şeirlər kitabının müəllifi, 2020 ci il Gənclər üçün ayrılmış Prezident mükafatçısı, fiziki məhdudiyyətli xanım  Mətanət Qüdsi, ADPU universitetinin müəllimi, RİİB təlimçisi, USAİD inkiluziv təhsil üzrə təlimçisi Xəyalə Məmmədova, “Development Power” təşkilatının icraçı direktoru, Masallı Rayon Gənclər və İdman İdarəsinin könüllər üzrə sədri İslam Ərzullazadə şagirdlərlə maraqlı diskussiya apardılar. Söhbətin əsas mövzusu şagirdlərlə fiziki məhdudiyyəti olan insanlarla davranış qaydalarını əhatə etdi.

Sonda hər bir iştirakçı Sertifikatla təltif olundu.