FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Birincilərin birinciləri"

01.07.2020

   Azərbaycan Respublikasının Təhsil naziri C. Bayramov Respublika Fənn Olimpiadalarının nəticələri barədə əmr (30.06.2020-ci il tarixli F-334 nömrəli) imzalayıb. Əmrə əsasən, 2019-2020-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarının nəticələri rəsmi olaraq, elan olunub.

  Təhsil Nazirliyi, eyni zamanda, Olimpiadalarda ən yüksək nəticə göstərmiş 10 şagirdi “Birincilərin birinciləri” nominasiyasına layiq görüb. Həmin medalçılar arasında Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 3 şagirdi də: Ağazadə Murad Fidovsi (riyaziyyat), Məmmədov Abbas Zülfiqar (riyaziyyat), Yusifov Məhəmməd İlqar (fizika) yer alıb.

    Qeyd edək ki, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi RFO-da 9 qızıl, 14 gümüş, 12 bürünc medal olmaqla, ümumilikdə 35 medal qazanmaqla  ölkə üzrə ən yüksək nəticə göstərmişdir.

   Lisey kollektivi adından şagirdlərimizi, onların müəllim və valideynlərini təbrik edir, gələcək təhsil illərində daha böyük uğurlar arzulayırıq!