FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Təhsil naziri Ceyhun Bayramov "Birincilərin birinciləri" ilə onlayn görüş keçirdi

12.07.2020

10 iyul 2020-ci il tarixində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov 2019-2020-ci dərs ili üzrə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərən, qızıl medala və “Birincilərin birinciləri” nominasıyasına layiq görülmüş şagirdlərlə onlayn formatda görüş keçirdi. Görüşdə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 4 nəfər şagirdi də (Ağazadə Murad, Məmmədov Abbas, Namazov Abutalıb, Yusifov Məhəmməd) iştirak edirdi.

“Microsoft Teams” platforması üzərindən təşkil edilən görüşdə cənab nazir medalçıları təbrik edib, onların bu çətin günlərdə qazandıqları uğurları yüksək qiymətləndirib.

Şagirdlərimizi lisey kollektivi adından bir daha təbrik edir, onlara, valideynlərinə və müəllimlərinə can sağlığı, yeni-yeni uğurlar arzulayırıq!