FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Azərbaycanın gənc istedadlarını tanıyaq

18.07.2020

    Son iki ildə Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin şagirdləri ölkə və beynəlxalq statuslu bilik yarışlarında uğurla çıxış edərək, yüksək nəticələr əldə etmişlər. Təkcə başa vurduğumuz dərs ilində 35 şagirdimiz Respublika Fənn Olimpiadalarında müxtəlif əyarlı (qızıl, gümüş, bürünc) medallar qazanmışlar. İki il ərzində isə 5 nəfər şagirdimiz Olimpiadalarda göstərdikləri ən yüksək nəticələrə görə Təhsil Nazirliyi tərəfindən “Birincilərin birinciləri” nominasıyasına layiq görülmüşdür. Onları siz də tanıyın:

Namazov Abutalıb Şahvələd – informatika;

Məmmədov Abbas Zülfiqar – riyaziyyat;

Yusifov Məhəmməd İlqar – fizika;

Ağayev Murad Firdovsi – riyaziyyat;

Cəbiyev Ramil Pərviz – riyaziyyat.

  Şagirdlərimizi, onların valideynlərini və müəllimlərini Lisey kollektivi adından təbrik edir, can sağlığı, işlərində yeni-yeni uğurlar arzulayırıq!