FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Kiber Fəza Riyaziyyat Olimpiadasının qalibləri

22.07.2020

12-14 iyul 2020-ci il tarixlərində virtual Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. İki gün keçirilən bu bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.

21 iyul 2020-ci il tarixində Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş,  6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin 4 şagirdi də medalçılar sırasında yer alıb. Belə ki, liseyimizin 11c sinif şagirdi Abbas Məmmədov gümüş, yenə 11c sinif şagirdləri: Murad Ağazadə Fərid İsmayılov, eyni zamanda, 9c sinif şagirdi Toğrul Abbasov bürünc medal qazanıblar. Liseyimizin 9c sinif şagirdi Amin Cəfərzadə isə bu olimpiadada həvəsləndirici mükafata layiq görülüb.

Şagirdlərimizi, onların formalaşmasında əziyyət çəkən hər kəsi lisey kollektivi adından təbrik edir, hamısına can sağlığı, yeni-yeni uğurlarla dolu günlər arzulayırıq!