FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

"Sosial şəbəkələrdən düzgün istifadə qaydası" adlı vebinar

27.07.2020

26.07.2020-ci il tarixində Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin UBR-i Hüseynzadə Nərminin təşəbbüsü və “İnvincible Team” qrupunun təşkilatçılığı, liseyin VIII sinif şagirdlərinin iştirakı ilə “Sosial şəbəkələrdən düzgün istifadə qaydası” adlı vebinar keçirildi.

Vebinarda psixoloq Aynur İsgəndərli və zamanın idarəedilməsi üzrə mütəxəssis Təbəssüm Qafarlı şagirdlərlə maarifləndirici diskussiya apardı və eyni zamanda, şagirdlərə sosial şəbəkələrin zərəri və xeyiri haqqında məlumat verildi.