FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

4-cü Avropa Fizika Olimpiadasının bürünc medalçısı – Yusifov Məhəmməd İlqar oğlu

28.07.2020

    20-26 iyul 2020-ci il tarixlərində fizika fənni üzrə onlayn IV Avropa Fizika Olimpiadası (EuPhO 2020) keçirildi. 57 ölkədən məktəblilərin qatıldığı bu olimpiadada Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XIc sinif şagirdi Yusifov Məhəmməd İlqar oğlu bürünc medala layiq görülüb.

         Xatırladaq ki, Yusifov Məhəmməd İlqar oğlu,

         Yeniyetmələrin XV Beynəlxalq Elm Olimpiadasında bürünc;

         XVI Beynəlxalq Jautikov Olimpiadasında bürünc;

         Respublika Fənn Olimpiadalarında (2019, 2020) qızıl medallar qazanmışdır.

   Bundan başqa 2019-2020-ci illərdə qazandığı uğurlara görə Təhsil Nazirliyi onu “Birincilərin birinciləri” nominasiyasına layiq görmüşdür.

    Yusifov Məhəmməd eyni zamanda, müvəffəqiyyətlə imtahan verərək, Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi adını qazanmışdır.

      Lisey kollektivi adından şagirdimizi təbrik edir, ona can sağlığı və təhsil illərində yeni-yeni uğurlar arzulayır, onun üçün əziyyət çəkən hər kəsə dərin təşəkkürümüzü bildiririk!