FİZİKA, RİYAZİYYAT VƏ İNFORMATİKA TƏMAYÜLLÜ
RESPUBLİKA LİSEYİ
XƏBƏRLƏR

Yeni Təhsil nazirimiz Emin Əmrullayev Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin məzunudur

28.07.2020

    27 iyul 2020-ci il tarixində E.E.Əmrullayevin Azərbaycan Respublikasının Təhsil naziri təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərəncam imzalamışdır.

   Lisey kollektivi adından Prezidentimizin təyinatını alqışlayır, hər zaman fəxr etdiyimiz Emin müəllimi təbrik edir, ona can sağlığı, bu çətin, şərəfli yolda səbir, dözüm və uğurlar arzulayırıq!

  Hörmətli cənab nazir, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi Sizinlə qürur duyur!